(Kişilər bu funksiyanı yerinə yetirmirlər)
(Və onda nəyə çevrilirlər?)
Deyirdin, nəslində rep deyən olmayıb
Keç-otur qırağda, sakit dur, dərsi pozma
Nə oldu, bəs harda qaldın?
Yazdığlarımı götürüb, əzdi
Heç nə qalmır bax, əvəzsiz
Görəcəksiniz ki, fame olub
Nə olub sizə, bu nə təlaşdı?
Baxırsan hamısı yaşlı-başlı
Pulları gördü, rəngi qaçdı
İki dəqiqəyə bu çox dardı
Balaca boyuma lağ elədiniz
Dostlarım mənə dedi bizdən adam olarmı
Xatirələr mənim də yadımda qalıb
Ürəyimin parası yarımda qalıb
Sevginin dadı damağımda qalıb
Mənim diləyimin hamısı yarıda qalıb
Sözlərim sırqa olub, qulağda asılar
Unutma talehin alnında yazılar
Arxamca danışılıb mənə söz atırlar
Sözümü ataram atabaatasına
Gecəsini gündüzünə qatar atam, çatar yada
Hələ bu harasıdı, qarışacaq yuxuları
Gəlib, cavab verəcək bunların yoxdu duxları
Böyüklərimiz necə deyirdi uşaq vaxtları
Молодец, bunlara bax, əsl kişi qırığları