Nə gecəm nə də səhərim yox
Yox olar yenə gecə qovuşar
Ürək hər gün səni soruşar
Səni sevə-sevə qocalmışam
Eşqinlə alışmışam bircə saniyə sönmədim
Həyatda hər şeyi gördüm səni mənlə görmədim
Ömrümü verdim sənə bax yenə də bəyənmədin
Gərəksiz hər şeyi sevdin məni niyə sevə bilmədin?
Gedişini gözümlə gördüm seçdin başqa yolu
Heç kimə danışa bilmirəm tək olum gözüm dolur
Hər şeyin əvvəli sandım nə biləydim sonumdasan?
Səni mən gül qabında sevdim indi kül qabımdasan