LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Seni Sildim

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Səni sildim həyatımdan ağlımdan hər anımdan
Sənin olsun, sənə qalsın, günahın da savabın da
Səni sildim həyatımdan ağlımdan hər anımdan
Sənin olsun, sənə qalsın, günahın da savabın da

Atdın məni öldürdün
Satdın məni güldürdün
Niyə bilmədim deyə bilmədim
Ümidlərimi söndürdün

Bezdim daha bezməkdən
Daş birisin sevməydən
İnan ki, sən yanılmısan
Düzəlmir ki, getməklə

Səni nə qədər axtardım
Sənsizliyə yalvardım
Ağır olsa da yara qalsa da
Gedişindən dərs aldım

Səni sildim həyatımdan ağlımdan hər anımdan
Sənin olsun, sənə qalsın, günahın da savabın da

Axı yalançı üzlərdə
Təmiz olmur gözlər də
Nə qədər almısansa vaxtımı
Gəl üzr istə illərdən

Niyə səssiz qalmışam
Hələ cavanam qocalmışam
Nə qədər safam həyat dərsini
Gör kimnən almışam

Var dərd, yox çarələr
Dərd sənsən, günüm zəhər
"Sevgi nədir?" soruşsalar:
"Bağlanma çıxar gedər"

Səni sildim həyatımdan ağlımdan hər anımdan
Sənin olsun, sənə qalsın, günahın da savabın da
Səni sildim həyatımdan ağlımdan hər anımdan
Sənin olsun, sənə qalsın, günahın da savabın da

WRITERS

Xəyal Bəhərçinov

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other