LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Sarılır Qollarım Həsrətinə (feat. Le10)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Sarılır qollarım həsrətinə
Darıxmışam amma daha gözləmirəm
Ürəyim yanır amma ona döz demirəm
Necə deyim ki sənə axı dön geriyə ?
Sarılır qollarım həsrətinə
Darıxmışam amma daha gözləmirəm
Ürəyim yanır amma ona döz demirəm
Necə deyim ki sənə axı dön geriyə ?

Sarıldı qollarım yenə olmadı
Haram etdin bax halal olmadın
Qarışdı həsrətin özləminə gülüm
Yandım hər gün yalan olmadın
Fərqli notlar üzərində rəqs eləsin musiqilər
Bir cənnət guşəsində qanadı qırıq huridirlər savablarım
Danış, de ki, nə dad qalıb?
O qəmzəndə ölmək üçün qaçaram mən ayaqyalın

Dərdə tən olmusan mənlə
Məndə sən olmusan həmdə
Sürmə çəkdiyin gözlərə aşiq olmuşam
"Bəlkə Yanılmısan?" demə, nazlı yarımmısan denən
Yoxsa mən də sən də bir yalançı eşqin arxasında qalmışıq?
Dön geri gəl bu nədiki sən bacarmadın?
Aldın ruhumu getdin məni niyə aparmadın?
De görüm nə xeyri var yaramı daha da qanatmağın?
Danışır ama bilirəm yalançıdı dodaqların
Canım yanır, gözümün önünə hər dəfə surətin gəlir
Ölmürəm sənsiz ama yaşamaq çətin gəlir
Səndə günah yoxdu gülüm Bu gün məni hüznlü say
Kasıb ürəyinə bahalı sevgi verdim onu da üzrlü say

Bu qədər yorğun ruh var ölmüş bədən
Şərab yerinə kədərlərlə dolmuş qədəh
Sevgilərdə şər, bir insan gedər deşər
Unutmadım çox qəlbdə yaratmışdı bir əsər
Gəlmədimmi yar?
Baxdıqca gözlərində ölmədimmi yar ?
Bu eşqi sətirlərdə görmədinmi yar ?
Nəysə, danış biraz sevmədinmi yar ?

Sarılır qollarım həsrətinə
Darıxmışam amma daha gözləmirəm
Ürəyim yanır amma ona döz demirəm
Necə deyim ki sənə axı dön geriyə ?
Sarılır qollarım həsrətinə
Darıxmışam amma daha gözləmirəm
Ürəyim yanır amma ona döz demirəm
Necə deyim ki sənə axı dön geriyə ?

WRITERS

Xəyal Bəhərçinov

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other