Bəlkə belə olmazdı bəlkə bir az düşünsəydik
Gözlərin yaş yerinə sevgimlə dolsun
Kaş bir-birimizi yox, dərdimizi bölsəydik
İstəməzdim sən yerinə sənsizlik yorsun
Kim istədi belə olsun? beynimdə suallarım
Bu sevgi gül kimi idi istəmədim solsun
Dedim sənlə xoşbəxtəm, dedim sənlə xəyallarım
Dedim: "sənlə gələcəyimiz" dedin: "mənsiz olsun"
Yaşadır sevdalı bir xəyal məni
Gedirəm gəlməsəm yada sal məni
Yaşadır sevdalı bir xəyal məni
Gedirəm gəlməsəm yada sal mən
Gedirəm bu axşam, gedirəm gülüm
Bilirəm, gül üzün solacaq mənsiz
Gedirəm, gəlməsəm qalacaq sevgim
Bəlkə də gözlərin dolacaq mənsiz
Getməyi seçdin deyə uzatmadım
Sən gələndə dünyam gözəlləşir
Nə sən gələrsən nə də mən sənə
Dolub gözlərin susur dodaqlar
Hər şey başlanğıcın tərsinə
Tutulmuşam bax səmada ay kimi
Ürəyin zindan amma saray kimi
Gedirəm amma bilmirəm hara gedirəm?
Susmuşuq amma bəs bu haray kimin?
Gedirəm bu axşam, gedirəm gülüm
Bilirəm, gül üzün solacaq mənsiz
Gedirəm, gəlməsəm qalacaq sevgim
Bəlkə də gözlərin dolacaq mənsiz
Yaşadır sevdalı bir xəyal məni
Gedirəm gəlməsəm yada sal məni