LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Gecdir Daha (feat. Le10)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Yollarında gözüm qaldı
Necə getdin gözün bağlı düşünmədin heç?
Üzülmədinmi? Söylə, üzülmədinmi mənsiz?
Hər kəs kimi gül və sən də keç
Artıq gec tutma əllərimi. Artıq gec

Gəl desəydin yorulmazdım
Necə oldu zaman keçdi gözləmədin yolun azdın ?!
Bilirsən ki, ömür azdı
Səni sevmək çətin amma başqa ürək dayanmazdı
Uzağ qalma ! Üzür o yollar
Gedən qadın başqası ilə dönür o yoldan
Səndə olma, yada ki, məni də yorma
Bizim üçün gecdir daha bax yoluna

Gecdir Daha məni axtarma
Mən o mən deyiləm artıq
Səni düşünən ürəyim yox
Səni sevə bilmirəm artıq
Sən bu oyunu uduzmusan
Getdin bu qədər ucuzmusan?
Ölsən də dönmərəm artıq
Yaşanan hər şeyi unutmusan

Bir boşluğa düşmüşdüm uzanırdı əllər
Çatmırdı fəryadım tükənirdi səhnəm
Gəlmirdi imdat qaranlıqdı hər yan
Körpə uşaq mızıltısı ana qucağı dərman
Yuxulardan qan tər oyanmaqdı hər gün
İçim kədər xoşbəxtliyə boyanmaqdı hər gün
Sənin əlində bir gül, mənim əlimdə bir kül
Tüstü ilə ciyərləri doyurmaqdı hər gün

Kaş yanında olub tutardım hər gecə əllərini
Səninlə xəyal qurardım düşünüb illərimi
Kaş mən kimi sevsən və kaş yerimdə olaydın
Kaş sənsizlikdən sən bircə qram dadsaydın
Baxıram gözlərinə hər baxışın haram kimi
Bu sevgi tamamlanmadı qaldı natamam kimi
Sən yoxdan kimi çağırım? Sənə verdim gənc çağımı
Çıxarma adamlıqdan axı sevdim adam kimi !

Gecdir Daha məni axtarma
Mən o mən deyiləm artıq
Səni düşünən ürəyim yox
Səni sevə bilmirəm artıq
Sən bu oyunu uduzmusan
Getdin bu qədər ucuzmusan?
Ölsən də dönmərəm artıq
Yaşanan hər şeyi unutmusan

WRITERS

Xəyal Bəhərçinov

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other