Qaçıram sevgimizin arxasınca qaçmırsan
Həyatım bax qaranlıq oldu işıq saçmırsan
Yığıram səsini duyum sən zəngimi açmırsan
Bir sevirəm sözü nədir ki, deyib ürəyimi açmırsan?
Sən gül mən də gülüm, sən ağlayarkən mən ölüm
Çox şey istəmirəm səni bir ömür mənlə görüm
Unutmuşam, səninlə dərdlərimi unutmuşam
Yanımda olsan kaş bilsən necə darıxmışam
İntizar yıxar məni süründürməsin həsrətin
Ürəyim sənlə gülür yalan deyil ki məqsədim
Sən işıq saç, günəş ol, tükənməsin bu taqətim
Bu dünya yalan dolan tək sənsən həqiqətim
Sən üzülsən düşün ki, gözlərimdə dünya qara
Sənsiz olsam mən əgər bax mənə xoşbəxtlik haram
Unutmuşam aldığım son nəfəsimi unutmuşam
Yanımda olsan kaş bilsən necə darıxmışam