Yorğun gözlərimdə keçmiş günlərin arxivi
Dambacalar tüstülü. İnsanlardan qaçmaq...
Məni gizlət doğmalardan onlar ən çox sevgimi gəmirənlərdi
Məni gizlət hər kəsdən məni ən az axtarnlar itirənlərdi
Qar yağır. Aç pəncərəni qoy bu şaxta ciyərləri isitsin
Çiy kərpicdən tikilmiş bu qəlbim qəlbimin hissini diriltsin
Yenə sevgi filmlərinə baxmaq sənsiz, Necə soyuqdu sənsiz
Necə boşdu mənsiz gündəliyin sənin. Soyunub budaqlar
Yenə uşaqlar baxçalarda qartopu.Bu şirin səsküydə yox olaydım
Kaş ki məndə bu qar dənələri kimi kiçiy olsam belə çox olaydım
Qar yağır. Sonsuz yollarımıza beyaz mirvari ümidlər
Niyə göz yaşlarını sevdim daha çox gülüşündən?
Bəlkə göylərdəkilərin ayağ altındakı tozdu bu?
Buz dodaqlar qaldı yaddaşımda son öpüşdən