LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

İtirdim səni

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Sənin qədər aciz bir kəsə vaxt sərf etmək yanlışdı
Mən bunu dərk eliyəndə, artığ ən sona varmışdım
Çün ki sən ilk dəfə qarşıma çıxanda, mələk zənn etdim səni
Elə bildim o gün sən güləsən deyə yağmur sənə görə yağmışdı

Bax o gün mən sənə könlümü verdim ən diblərdən qaldırdım
Hər gecə yuxumda səni gördüyümdən hər gün sənnən qalxırdım
Mən bir səninlə xoşbəxtəm dedim, qalan hər kəs artığdı
Sən demə sevgi də yalaniymiş onu da hər kəslə birgə yandırdım

Sabahlara qədər ayıla bilmirdim içkili gecələrim az keçmədi
Mən özümdən belə vaz keçdim, ama sən qürurundan vaz keçmədin
Qəlbimə söz keçmədi, yandı bu könlüm külə döndü
Hər dəfə səndən qaçmağ istəsəm də başladığım yerə döndüm

O qədər yaşanmışlığı, qoyub burda gedə bilmədim
Film kimi keçdi gözümün önündən, sənsiz boşa gedən illərim
Heyif! əfsus olsun ki qismətimi özüm seçə bilmədim
Ömrüm bitdi, dünyam qaraldı, bir tək sən məni sevə bilmədin

Sonuncu duamı arzulayıb can verirdim eşqin məzarlığında
Sən isə görmürdün məni mənə qarşı sevgin azaldığından
Heç peşman olmamışdım əlindən ölümümü qazandığımda
Onsuz yad ilə ölə bilməzdim mən sənə görə yarandığımdan

Bax, artığ dönmək üçün belə çox gecdi
Çün özgə biriylə səni gördüm o gün, bədənimdən şok keçdi
Mən səni itirdiyimi anladığım gün, yalnızlığa and içdim
Mən səni itirdiyimi anladığım gündən sora hər gün boş keçdi

Böyük bi tufan qopdu həmin gün, küləklər də sərt əsdi
Yağışlarla birgə ağlayarkən, anladım ki buna dəyməzdi
O gülün gül ətri mənə məxsus deyil, bilsəm heç əl dəyməzdim
O gülün tikanları bilsəydim qəlbimi deşəcək dərməzdim

Ayrılığın sərt rüzgarlarına olduğ tez təslim
Mənə səndən gəlirsə zəhər də xoşuydu yaxşını pisdən seçməzdim
Həmin gün sənlə qarşılaşmasağ bu ömür belə tez keçməzdi
Mən o gün səninlə qarşılaşmasam bəlkə də heçkəsi sevməzdim

Sevgimi sorğulama, mənim sənə olan eşqim gerçəkdi
Mən səninlə ağlımı pozduğum gecə geri qalan hər kəsə xətt çəkdim
Olan hərşey mənə oldu onun canı yanmır nə də dərd çəkmir
Məndə isə bitmir hicran atəşi dərdi sər məndən əl çəkmir.

WRITERS

İsrafil Khasiyev

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other