Dalğalar dənizdən nədən küsüb
Sən məndən küsdüyün kimi?
Ləpələr sahildən uzaq düşüb
Sevgilim, gəl, uzat əllərini
Unudar, bəlkə də, kədərini
Bilməzdim, bu qədər sakit olur
Ağlarkən damlalar ləpə olur
Çünki mən qalmışam sənsiz
Dəniz dalğalarsız çağlaya bilməz
Dəniz ləpələrsiz sahilə dəyməz
Başqa kimsəni ürəyim heç sevməz
Dəniz dalğalarsız çağlaya bilməz
Dəniz ləpələrsiz sahilə dəyməz
Başqa kimsəni ürəyim heç sevməz