LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Xəyanət Etməyən Kişi

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
(Əziz xanımlar, indi bizə nağıl danışacaqlar!)

Allaha and olsun, yalnız səni sevir
İki gözüm çıxsın, yalnız səni ürək sevir
Rəfiqələrin paxıllıqdan deyir
Onlarımənim kimisin tapmayıb, indi söz gəzdirir

Mərdi qova-qova namərd eyləmə
Mən qanadsız mələk və süddən çıxmış ağ qaşıq
Aman! Verdiyin çörəyi, zəhər eyləmə
Ayda bir gün deyək, gülək, yetər artıq biz dalaşdıq

Xəyanət etməyən kişi, onu axtarma nağıllarda
Xəyanət etməyən kişi, o gerçəkdir, var həyatda
Çətindir bizlərin işi, inam yoxdur qadınlarda
Xəyanət etməyən kişi, bax dayanıbdır qarşında

Qısqanclıq varsa, demək ki, sevgi var
Amma miqdarını aşarsa, o sevgi bir gün solar
Sən axı agent deyilsən, sevgilim
Ən xırda şübhələrdən sonra başlanır yoxlamalar
(Bu kim idi?)

Alimlər hesablayıb ki, dünyada ən çox
İnfarkt olan biz kişilər oluruq, amma ki
Çəkdirirsən dağları, göz qırpmadan
Bəsdir üzdün, bu günahsız zərif qəlbi
(Telefonunu göstər!)

Xəyanət etməyən kişi, onu axtarma nağıllarda
Xəyanət etməyən kişi, o gerçəkdir, var həyatda
Çətindir bizlərin işi, inam yoxdur qadınlarda
Xəyanət etməyən kişi, bax dayanıbdır qarşında

Bu kişilərin talehidir, çəkirik biz nazı
Hərənizin özünə görədir etirazı
Ən azı sizinlə birgə yaşamağa hazır
Dedi-qodularınıza dözməyə biz hazır

Qadınlar deyirlər – “kişilərdə çox yalan var”
Amma hər şey düzələcək, zamana güman var
Bu mahnıya görə məni qınayan tapılar
Xəyanətsiz kişi var, hələ də şübhən var?

Xəyanət etməyən kişi, onu axtarma nağıllarda
Xəyanət etməyən kişi, o gerçəkdir, var həyatda
Çətindir bizlərin işi, inam yoxdur qadınlarda
Xəyanət etməyən kişi, bax dayanıbdır qarşında

Xəyanət etməyən kişi, onu axtarma nağıllarda
Xəyanət etməyən kişi, o gerçəkdir, var həyatda
Çətindir bizlərin işi, inam yoxdur qadınlarda
Xəyanət etməyən kişi, bax dayanıbdır qarşında

WRITERS

CHRISTIAN DESSART, MURAD ARIF, RACHID MIR

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other