Qəlbin heç kim bilmədiyi sirlərlə dolu
Ancaq gecələrə açmağına doğru
Ürəyin donub olubdur qəm sirdaşı
Gizlin evdən çıxıb macəraya gedən yolu
Külək sənin üçün istiqamət qolu
İti sözlərinə qarşı ürəyim yorğun
Sən yorulmusan əzablar içində
Arzuların qismət qəfəsində
Addımların ülgüc üzərində
Sən yorulmusan əzablar içində
Arzuların qismət qəfəsində
Addımların ülgüc üzərində
Sən oyananda gündüz sönür
Qarğışa dönüb, başlara qonub
Zaman öz varlığıyla keçmişi ötüb
Könlün öz yoxluğuyla vicdanı bölüb
Boyun yalvarır, onu soyun
Mən bu mənasız dünyanı necə duyum, uyum
Zaman qatarında gecikmiş sərnişinsən
Dənizdə tək qalan küləksiz gəmisən
Aydın günü görməyə sən etmisən tövbə
Daimi axan kədərə tutmusan növbə
Amma demə niyə, amandır, demə niyə?
Bu mahnı məndən olsun sənə hədiyyə
Sən yorulmusan əzablar içində
Arzuların qismət qəfəsində
Addımların ülgüc üzərində
Sən yorulmusan əzablar içində
Arzuların qismət qəfəsində
Addımların ülgüc üzərində
Sən yorulmusan əzablar içində
Arzuların qismət qəfəsində
Addımların ülgüc üzərində