Qınama məni, dildə qalan tənha söz
Beynimdə fırlanır fikir ya israf, ya döz
Hamı uçub, amma təyyarələr boş
Mən həm sərnişin, mən həm sərxoş
Kaş ki, sən kainat olaydın
Divarsız qapını açardıq sirli dünyaya
Kaş ki, sən yarpaq olaydın
Təbiətimiz bir olardı, düşməsən yerə
Özgə dünyası bizə xaric gəlsə lap
Əsas yanmasın gözə görünməz bu sap
Zibil qutusu çirkin pulla dolu
Kitab sözlə yox məntiqlə dolu
Satqın münsiflər heyəti xilasın yerinə
Dadını aldadan şirin şərab
Kaş ki, sən kainat olaydın
Divarsız qapını açardıq sirli dünyaya
Kaş ki, sən yarpaq olaydın
Təbiətimiz bir olardı, düşməsən yerə
Kaş ki, sən kainat olaydın
Divarsız qapını açardıq sirli dünyaya
Kaş ki, sən yarpaq olaydın
Kaş ki, mən kainat olaydım
Kaş ki, mən yarpaq olaydım
Kaş ki, sən kainat olaydın
Divarsız qapını açardıq sirli dünyaya
Kaş ki, sən yarpaq olaydın
Təbiətimiz bir olardı, düşməsən yerə