LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Qəlbinə yol

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Sənin qəlbinə gedən yol
Hardan keçir
Onu bilsəydim mən
Ordan ötərdim
Orda bitərdim
Gecə-gündüz
Belə dümdüz
Olub üzsüz mən
Sənin qəlbinə gedən yol
Hardan keçir
Onu bilsəydim mən
Ordan yetərdim sənə
Ordan ötərdim yenə
Gecə-gündüz
Gecə-gündüz

Yazıb teleqramdan cavab gözləməzdim
İstəməzdim, səndən heç nə istəməzdim
Bir gülüş bəlkə də
Bir görüş bəlkə də
Bəlkə də bir öpüş döngədə
Sonra döngə məndən gizlədərsə səni
Qoy gizlətsin, qoy gizlətsin
Mən bir yol taparam
Mən bir yol taparam
Məni yollar aparar
Məni yollar aparar

Çox uzaq bir səfərə
Gecələrdən səhərə
Gecələrdən səhərə
Mən boş verirərəm işıqları
Gədirəm it hürən tərəfə

Sənin qəlbinə gedən yol
Hardan keçir
Onu bilsəydim mən
Ordan ötərdim
Orda bitərdim
Gecə-gündüz
Belə dümdüz
Olub üzsüz mən
Sənin qəlbinə gedən yol
Hardan keçir
Onu bilsəydim mən
Ordan yetərdim sənə
Ordan ötərdim yenə
Gecə-gündüz
Gecə-gündüz

WRITERS

Mirbaghir Ismayilov

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other