Mən eləmişəm, mən eləmişəm
Sonra, məhv eləmişəm, məhv eləmişəm
Bəlkə səhv eləmişəm, səhv eləmişəm
Amma sevməmişəm, sevməmişəm
Dərd eləmişəm boş şeyləri mən
Görməmişəm xoş şeyləri mən
Gəzmişəm sərxoş yerləri mən
Gəzmişəm sərxoş göyləri mən
Söz deyən var, söz deyən var
Gözləyən var, gözləyən var
Gəldim səni oyadam röyadan
Mən eləmişəm, mən eləmişəm
Sonra, məhv eləmişəm, məhv eləmişəm
Bəlkə səhv eləmişəm, səhv eləmişəm
Amma sevməmişəm, sevməmişəm
Dönüb qayıtmışam bura yenə mən
Eləyib yaxşı söhbətləri yenə mən
Yenə mən itəcəm birdən-birə mən
Mənim ünvanım sənin qəlbin
Cənub küləyi, Xəzər dalğası
Bu insanlar mənə yad, bu küçələr mənə tanışdır
Məni məndən soruş sən, məni mənlə danışdır
İçim dolu mənim qara sirlərlə
Daşıyıram onları mən illərlə