LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

MAMA

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Mama, məni yenə atdılar, mama
Yenə beş qəpiyə satdılar, mama
Gəmilərim sahilə yan almadan
Dəryalarda batdılar, mama
Mama, məni yenə qırdılar, mama
Yenə kürəyimdən vurdular, mama
Daşımağa yox gücüm
Məni yamanca yordular, mama
Dedilər, döz, düzələcək
Bi dənə yüz süz, düzələcək
Hər şey sözsüz düzələcək
Amma bu gün yox
Dedilər döz sağalacaq
Yenə də o bağ olacaq
Kefin kök, zor, cağ olacaq
Amma bu gün yox
Bu gün ye, bu gün iç
Bu gün de, sabah keç
Yenə bax, yenə seç
Amma lüzum yox
Hüzun yox içimdə, hüzun yox
Gücüm yox, gücüm yox, gücüm yox
Üz gülür, içim yox, içim yox, içim yox
Mən əhli-dərdəm
Gözümdə pərdə
Ordan hərdən
Baxıram dünyaya
Atıram dəryaya sirlərimi
Düşürəm sevdaya
Yenə də biriləri qıracaq qəlbimi
Qalacaq yerləri
Baxıram arxaya
Görürəm geridədir
Məni yolda qoyanlar
Mama, məni yenə üzdülər, mama
Bir az sevib, amma yenə bezdilər, mama
Oynadıb oyuncaq kimi
Sonra yerə atıb əzdilər, mama
Mama, məni yenə atdılar, mama
Yenə beş qəpiyə satdılar, mama
Gəmilərim sahilə yan almadan
Dəryalarda batdılar, mama
Mama, məni yenə qırdılar, mama
Kürəyimdən vurdular
Daşımağa yox gücüm
Yordular məni

WRITERS

Mirbaghir Ismayilov

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other