LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Sevgisiz Yaşadın

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Sən elə bilirdin səni görənlər
Diz çöküb qarşında ölə bilərlər
Dünyaya çox gəldi, sən tək gözəllər
Sevgisiz yaşadın məndən küsəndən

Ayrı yaşadıq yerlə göy kimi
Əsdi aramızdan, soyuq küləklər
Aldatdı sənidə saxta gülüşlər
Sevgisiz yaşadın məndən küsəndən

Bütün varlığımla inandım Sənə
Səndə daş imiş ürək yerinə
Dünyanın sevgisin vermişdim sənə
Sevgisiz yaşadın məndən küsəndən

Bu ömür nə idi yaşatdın mənə?
Bilsəydim meyilimi salmazdım sənə

Nə deyim ay nankör, nə deyim sənə
Sevgisiz yaşadın məndən küsəndən

Susmağın gözəldir ancaq susmadın
Sədd çəkdi araya acı kəlmələr
Kimsə mənim tək səni sevmədi
Sevgisiz yaşadın məndən küsəndən

Bütün varlığımla inandım Sənə
Səndə daş imiş ürək yerinə
Dünyanın sevgisin vermişdim sənə
Sevgisiz yaşadın məndən küsəndən

WRITERS

Alasgar Pardashunas, Orkhan Jafarli

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other