LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Gözlərin Çahargah Təsnifi

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Sevgilim, el bilir, mən əhli-dərdəm
Səndən başqasını sevsəm, namərdəm
Sevgilim, el bilir, mən əhli-dərdəm
Səndən başqasını sevsəm, namərdəm

Qüssədən ölürəm, neyləyim ki, hər dəm
Məni qoyub baxır yana gözlərin
Qüssədən ölürəm, neyləyim ki, hər dəm
Məni qoyub baxır yana gözlərin
Məni qoyub baxır yana gözlərin

Kirpiklər xəncərdir, qaşların kaman
Sevdiyin aşiqə verməzdin aman
Dedilər, cəlladsan, etməzdim güman
Salacaqdır məni qana gözlərin

Dedilər, cəlladsan, etməzdim güman
Salacaqdır məni qana gözlərin
Salacaqdır məni qana gözlərin

Sənin əlindədir hər ixtiyarım
Zalım, öldür məni, dərddən qurtarım
Sənin əlindədir hər ixtiyarım
Zalım, öldür məni, dərddən qurtarım

Bəs kimə söyləyim, kimə yalvarım?
Gətiribdir məni cana gözlərin
Bəs kimə söyləyim, kimə yalvarım?
Gətiribdir məni cana gözlərin
Salacaqdır məni qana gözlərin

Kirpiklər xəncərdir, qaşların kaman
Sevdiyin aşiqə verməzdin aman
Dedilər, cəlladsan, etməzdim güman
Salacaqdır məni qana gözlərin

Dedilər, cəlladsan, etməzdim güman
Salacaqdır məni qana gözlərin
Vurubdur qəlbimə yara gözlərin
Salacaqdır məni qana gözlərin
Vurubdur qəlbimə yara gözlərin

WRITERS

ELIBABA MEMMEDOV

PUBLISHERS

Lyrics © ONErpm

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other