Səhər küləyi tək astaca əsdin
Mənim bu qəlbimə sən bəxş elədin din
Göy üzü ulduzla, gecə sayrışır
Səni düşünəndə ruhum barışır
Sən mənim dünyamda parlayan günəş
Sönməyən bir sevgi müqəddəs atəş
Səsin qulağımda şirin bir nəğmə
Məni bu dünyada yalqız buraxma
Sən mənim canımsan, şirin hissimsən
Bu sevgi yolunda vuran qəlbimsən
Hardasan ey yarım gəl mənim yanıma
Səadət nur gətir sən həyatıma
Gözlərim yol çəkir hər gün hər gecə
Səni sevdiyimi söyləyim necə
Geri dön, ey canım baharım gəlsin
Bu sevən ürəyim səninlə gülsün
Sən mənim canımsan şirin hissimsən
Bu sevgi yolunda vuran qəlbimsən
Hardasan, ey yarım gəl mənim yanıma
Səadət nur gətir sən həyatıma