LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Mən Varam

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Axşam düşüb
Döngələrdə
Addım səsin təkdir
Səndən soraq yox
Köhnə qoxu
Islanmış daşlar
Adını pıçıldayır
Dilimdə ah var

Sən getdin
Qaldı köhnə şəkil
Solmuş kağız
Küncündə bir "yar"
İçində min illik nağıl
Sənsiz hər gecə bir az da yanar

Ağlama mən varam
Gəl mənə bu axşam
Qır o zəncirlərini
Bağlasın bizi

Gecə uzanır
Ulduz susar
Qapım üstə köhnə kölgən durar
Pəncərəmdə yarımçıx pərdə
Səni gözləyir
İllərin sarı tozu var

Dilimə gəlir canım-
nigarım
Unudulmuş sözlər
Köhnə mən
Qəlbimdə bir ah
vay çağırar
Səni səsləyir
Ruhumda səhram

Ağlama mən varam
Gəl mənə bu axşam
Qır o zəncirlərini
Bağlasın bizi

Gəl bu gecə
Könlümə səcdə
Könül evim viran qalıb
Sənsiz
Qapım açıq
Sönmüş çıraqla
Adını deyir hər nəfəsim

Ağlama mən varam
Gəl mənə bu axşam
Qır o zəncirlərini
Bağlasın bizi...

WRITERS

Elkhan Asgarzade

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other