LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Sevgilim el bilir mən əhli-dərdəm Hisar Təsnifi

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Sevgilim, el bilir, mən əhli-dərdəm,
Səndən başqasını sevsəm, namərdəm.
Qüssədən ölürəm, neyləyim ki, hər dəm,
Məni qoyub baxır yana gözlərin.
Məni qoyub baxır yana gözlərin.
Nəqərat:
Kipriklərin xəncərdir, qaşların kaman,
Sevdiyin aşiqə verməzsən aman.
Dedilər cəlladsan, etməzdim güman,
Salacaqlar məni qana gözlərin.
Sənin əlindədir hər ixtiyarım,
Zalım öldür məni, qəmdən qurtarım.
Bəs kimə söyləyim, kimə yalvarım?
Gətiribdir məni cana gözlərin.
Nəqərat:
Vahidəm, sevgilim, mən də qanıram,
Fitnəkar gözləri gendən tanıram.
Necə deyim sənə, qəmdən yanıram,
Mənimtək od tutub yana gözlərin.
Gətiribdir məni cana gözlərin.

WRITERS

ELIBABA MEMMEDOV

PUBLISHERS

Lyrics © ONErpm

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other