Qəmindən qönçətək dil qanə döndü,
İşim bülbül kimi əfqanə döndü.
Böylə göz yaşı dəydi vüsali-yarə,
Vüsalim möhnəti-hicranə döndü.
Pərişan tirəbəxt, aşüftəhaləm,
Gülüm ol zülfi-müşkəfşanə döndü.
Rəqibi-bihəvəs məqsudə yetdi, –2
Dili Seyyid cəfadən qanə döndü. –2
Böylə göz yaşı dəydi vüsali-yarə,
Vüsalim möhnəti-hicranə döndü.