İnsanın şərəfi, şöhrəti məncə,
Deyildir nə ipək, nə tirmə, oğlum!
Yaxşıdan yaxşı ol ellər içində,
Dostuna bir ziyan yetirmə, oğlum!
Dinlə öyüdümü sən sətir-sətir, -2
Qoy yağsın hər zaman dilindən ətir,
Qazancını itir, malını itir, -2
Ancaq duz-çörəyi itirmə, oğlum! -4
Ürəyim arzuyla doludur, dolu,
Hünər meydanıdır bu həyat yolu,
Bilmədiyin işi gözüyumulu
Söz verib öhdənə götürmə, oğlum!
Dinlə öyüdümü sən sətir-sətir, -2
Qoy yağsın hər zaman dilindən ətir,
Qazancını itir, malını itir, -2
Ancaq duz-çörəyi itirmə, oğlum! -4
Ancaq duz-çörəyi itirmə, oğlum!