LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Baxdın maral kimi

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Baxdın maral kimi,
Dinmədin lal kimi.
Nə tez uçub getdin,
Körpə qartal kimi,
ay gözəl?
Nəqərat:
Süzmə gəl qəmgin,
Baxışla məni.
Küsmüsən ay qız,
Bağışla məni.
Sevənlər arasında söz olar,
Günahkar ya dil, ya da göz olar.
Sevir səni ürək,
İnsafa gəl görək,
ay gözəl.
Aylar tez ötüşür,
Saçıma dən düşür.
Bilmirsən ağ tellər,
Ay qız, nədən düşür,
ay gözəl?
Nəqərat:
Sevənlər arasında söz olar,
Günahkar ya dil, ya da göz olar.
Yanır sevən ürək,
İnsafa gəl görək,
ay gözəl.
Sevir səni ürək,
İnsafa gəl görək,
ay gözəl.

WRITERS

ELIBABA MEMMEDOV

PUBLISHERS

Lyrics © ONErpm

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other