Ömrün nə vaxtıdır titrəyir qələm, –2
Yazıb-pozmalıyam mən indən belə. –2
Davaya, dərmana dözə bilmərəm, –2
Ağrıma ürəyim, ağrıma hələ! –2
Həyatın ən böyük imtahanı var,
Sığmayır kağıza, sığmayır dilə.
Neçə qohum toyu, dost nişanı var,
Ağrıma ürəyim, ağrıma hələ!
Ağrıma ürəyim, ağrıma hələ!
Dağıtmaq istərəm dumanı, çəni, –2
Oyanıb o başdan səhər yelinə, –2
Dağların zirvəsi gözləyir məni. –2
Ağrıma ürəyim, ağrıma hələ! –2