Ay qız naz eləmə dinlə dərdimi
Dinlə sənin üçün döyünən qəlbimi
Olmasan əgər bu ürək dayanar
Sənlə isə alov tək sonsuz yanar
Aşiq olan hər şeyi gözəl görər
Dünya onun üçün bir cənnətə dönər
Sevgi yarımdır qarşılıq olmasa
Sevdiyin ürək eşqinlə dolmasa
Gəl gəl gəl oturaq danışaq
Bircə gəl ancaq sevgidə yarışaq
Gəl gəl gəl oturaq danışaq
Bircə gəl ancaq sevgidə yarışaq
Gəl sevdiyim indi bizim zamandı
Yetər qəlblərimiz təklikdə yandı
Qoyma tənha qalıb sevgisiz solaq
Gəl birləşək bizdə bir ailə olaq
Bizim dünyanın sən işinə bir bax
Sonsuz deyil nə var-dövlət nə də taxt
Bir tək şey var sonsuz olan həyatda
O da sevgidir, saxla bunu yadda
Gəl gəl gəl oturaq danışaq
Bircə gəl ancaq sevgidə yarışaq
Gəl gəl gəl oturaq danışaq
Bircə gəl ancaq sevgidə yarışaq
Gəl gəl gəl oturaq danışaq
Bircə gəl ancaq sevgidə yarışaq