LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Soyuq Gecələr

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Gecə yenə üstümə çökür yavaş yavaş
Səninlə dolu otaqda nəfəsim daralır
Şəkillərin divarda baxır sakitcə mənə
Silirəm hər şeyi amma izlərin qalır

Daha danışmıram heç kimlə əvvəlki kimi
İçimdə qış olur yay gələndə belə
Sən gedəndən küçələr səssiz görünür
Mən özümü itirmişəm şəhərin içində

Unuduram deyirəm hər gecə özümə
Amma adın düşür yenə dilimə
Nə qədər qaçsam da alınmır axı
Sən qalırsan yenə mənim içimdə

Soyuq gecələr keçir üstümdən
Yanır ürəyim sənin üzündən
Bir gün sevgi öldü deyərlər
Amma mən öldüm onun yerinə

Soyuq gecələr keçir üstümdən
Yanır ürəyim sənin üzündən
Səsini eşidəndə dəyişir dünya
Yenə də deyirəm vecimə deyil guya

Nəfəsini dər
Bir az da gözlə
Mən hələ çıxmamışam o qaranlıq günlərdən
Sən necə rahat oldun bu qədər tez
Mən hələ yaşayırdım bizim dünənlə

Divarlara yazdım səni gecələr
Heç kim bilmədi içimdən keçənləri
Bir adam susursa bitdi demək deyil
Bəzən ən böyük qışqırıq səssizlikdir

Ürəyim yoruldu bu yükü daşımaqdan
Hər şey ağır gəlir gecə olandan
Sən gedəndən sonra dəyişdi adamlar
Mən daha əvvəlki mən deyiləm artıq

Unuduram deyirəm hər gecə özümə
Amma adın düşür yenə dilimə
Nə qədər qaçsam da alınmır axı
Sən qalırsan yenə mənim içimdə

Soyuq gecələr keçir üstümdən
Yanır ürəyim sənin üzündən
Bir gün sevgi öldü deyərlər
Amma mən öldüm onun yerinə

Soyuq gecələr keçir üstümdən
Yanır ürəyim sənin üzündən
Səsini eşidəndə dəyişir dünya
Yenə də deyirəm vecimə deyil guya

Bəlkə bir gün tam unudaram səni
Adını eşidəndə susaram belə
Amma bu gecə yenə içimdə sən varsan
Və mən yenə özümlə müharibədəyəm

WRITERS

EAL7 EAL7.OFFİCİAL

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other