LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Qara Maska

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Yenə çıxmışam küçəyə başım dolu fikirlə
Hamı qaçır nəyinsə dalınca mən özümlə
Dost dediklərim dəyişdi bir neçə ilə
Maskalar düşəndə tanıdım kim kimdi əslində

Vaxt öyrətdi çox şeyi sakit danışmadan
Bəziləri getdi həyatımdan sağollaşmadan
Mən də davam elədim yoluma baxmadan
Ayaqda qaldım neçə dəfə yerə yıxılandan

Nə şöhrət dalınca qaçıram nə də alqışa
Öz yolumu çəkirəm fikir verməmişəm yarışa
Bu həyat dərs verir hər yeni qarşılaşmada
Güclü görünənlər də dağılır tək qalanda

İndi hər şey başqa cürdü dəyişib hava
Kimisi söz satır kimisi satır adamı pula
Mən isə yazıram olanları olduğu kimi
Bəzən bir misra kifayətdi danışmağa hamını

Sabah nə olacaq bilmirəm heç kim kimi
Amma bu gün burdayam itirməmişəm özümü
Yol uzun olsa belə dönmərəm geriyə
Adımı yazacam bir gün öz tariximə

WRITERS

EAL7 EAL7

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other