İki bədəndə birləşək olaq bir
Tüstünün təsiri, oldum mən aşiqin
Bu şəhərə sığmayan sakinik
Dalanın, küçəsin fırlanaq Bakının
Uzun bir yoldayıq , yanımda sənsən
İstək və arzum yox, tək duam sənsən
Necə müqəddəs Adəmə Məryəm
Hamı üçün sadəyəm, sənin üçün sərsəm
Düşüncə aldadar, hisslərsə aşiq
Aldadam(m)az bunlar, qəlb üçün hilə
Alışaram , yanaram, ha?!, olmayacaq bilə-bilə
Hər yaş günü, şamı üfürdüm ikimizlə yeni ilə...
Hər yaş günü, şamı üfürdüm bir yerdə olaq deyə...
Həryanım axmaqlar, axtardım mən səni
Sən alovsan, mən olaram sənçün zərdüşt
Bədəndə sancılar, qanatdın sən məni
Hərşeyə xətt çəkib, ortadan bölmüş
Deşir bu qəlbimi ayrılıq, hicran
Yoxunmu sənin heç zərrəcə vicdan?
Qəlbim bi şəhərsə qoymusan viran
Və hər gecə keçirsən gözümdən bir an
Bu oyuncaqmı ki, qırıb dağıdırsan ?
Məni məndən yaxşı tanıyırsan
Bilmirdik ayrılığı, etmədik dərk
Uçuqlu dodaqlar, öpüşək bərk