LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Lavinia (feat. Rzza)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Həyatdan yorulmuşam, qalmadı heç bir kimsəm
Neçə vaxt yazmırdım çün ağlımdan keçmir bir sən
Tozlanan kitabam mən oxunmur heç bir hissəm
Bilirəm, sən də məni heç ağlından keçirmirsən

Yatmadığım gecələrdən seçirdim səni
Sandım yanılmamışam mən axı seçmirdim səhv
Mahnılar yarım qaldı arada keç bir bizdən
Aylardır gözləyirlər xəbər yoxdu heç birimizdən

Mən sənə, sən məndən qaç , sanki biz güzgülərik
Hər gün çəkib sənə yazan bir mən - üzsüz bir dəli
Sən bütünlüklə musiqim, əlindi sözsüz bir əlim
Səsim - gözün qaşın, hərflər - üz cizgilərin

Bu yaşda heç nə olmadıq, məncə qocalmayağ da
Mən səni çağırırdım, heçkimdən qaça bilməyəndə
Yeriməyi öyrətdiyin insan heç qaçarmı yardan? Hə?!
Qaçdın bacarmayanda

Səni aldılar əlimdən
Bura soyuqdu möhtacam əlinə
Nəfəs aldım gör nə vaxt dərinnən
Getmə qal mənimlə

Bu necə bir illətdir ki, neynəsəm yerin dolmur
Və məni alıb apardı, saçlarında dərin qoxun
Toxunmaq istəyirəm, görürəm ki, əlin dolu
Bu eşqdən də qaçış yox, Erosun bizə dəyib oxu

Tellərin üzümə dəysin, sarıl mənə biraz qalağ
Eyvanda tütün yandırıb, alıram bir az hava
Mən sənin özüvə aşiq, yaraşmırdı o linza da
Şeir etdiyim o saçı, özgələrinə sığalladma

Əllərini əllərindən ayırda gəl
İnanmıram, səndən mənə xeyir gələr
Mən o gün qaldırdım gözlərinə baxıb qədəh
Bu adam özünə sığışdırmır, amma sənə yazır hələ

Sənə qaçan hissəm içimdə güc-bəla durur
Səni yazıramsa, bağışla məni bilmədən olur
Ətrinin dolaşdığı ciyərlərim qətran dolu
Səni içimə çəkmədiyim hər nəfəsim israf olur...

WRITERS

Ali Taşyürek

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other