Sənə vurğun idim mən gecənin zifri qədər
Mən sənə inanmışdım, söz verdin çünki mənə
Bir də baxma içli mənə, dözəbilməz incinərəm
Sənə vurğun idim mən Xəzərin çirki qədər
Hərkəsi eşidirsən sən tək mənə qulağ tıxa
Gəl yanıma görəbiləcəyin ən gur axan bulağ bura
Amma görürəm ki yaraşırsan qurağlığa
Və indi mən yumuram qulağlarımı bu nağıla
Səni yazan zamandı mənim ən rəzil halım
Bir vidanı çox gördün, itirmisən sən insafı
İndi gedirsən mi saçlarıma dəni salıb?
Mən hələdə o yerdəyəm İlahi bu nə sevdadır
Və su atdığım duyğularım yarandı közündən
Sən indi gəlsən mənə, gələbilərəm bəlkə özümə
Mən sənə baxabilməzkən üstündə kəm gözlər..
Toxunub yad əllər ovuclarıva, əllərin kir
Sırtılıb üzün deyilsən sən həmənki
İnsanığ biz olabilərdi səhv təbii ki,
Və lakin bu ahlarla, Allah belə bağışlamaz mən kiməm ki?!
Səninlə ayrıldığ, ayırdılar səhvi düzdən
Özgəni yazmıram mən olmasın ki sənə nisbət
Bu şeir bəsit qalar, içimdəkini hələ bilsən
Sən mənim uşağlığım çıxmadığım tənəfüssən
Nə mən həmən adamam bilirəm mən nə sən əvvəlki
Düzü özümdə sevməzdim məni azından cəhd edərdim
Saçıva toxunan o ruzigarla sənə gələrdim
Sən gedirsən əllərimdən uçub gedir çərpələngim
Sənə çıxmayan o yollarda bərduşam mən
Arada gəl mənə sən nə vaxtsa yol düşəndə
O gözlərində əvvəlkitək yoxdu şəhvət
Gözüm dolur amma hələdə yadıma sən düşəndə
Zənn edirdim səni içimdə bitirmişəm
O gün ki səni görəndə əllərimdən ümid düşər
Səni içimdə gizləməkdən başqa bürünmüşəm
O qəlbivə yol tapım deyə vicdanı itirmişəm
Sənin yaravı gördüm amma oranı deşmədim mən
Qapıva gülnən gəldim çıxdın neştərinlə
O batağlığa bulanmaram eşqə birdə
Yollarında qalan gözüm belə baxmır başqa birinə
İşıqların sönəndə mənim otağımda yanırdı şam
Sən üşüyəndə kim çiynivə atırdı şal?
Səni yarım sanırdım sən demə yanılmışam
Quruyla bir yaşda yanar mən sellərə qapılmışam