LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Adsız Mahnı (feat. RZZA)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Danışım ən başından ,olmadı pul nə də bahalı maşınlar
Axır vaxtlar ot dartmağdan ,tütün qoxur daha üst(ü) başım da
Elə bil post başındayam, axtarmır heçbir dost-aşına
Hərşeydən xəbərim var, ələ onlar yeni-yeni dostlaşırlar

Bütün keçmişim qarşında, bizdən artığ nəyi danışım daha?
Məni birazca sevmisənsə sən, sanki kəsmisən bir neçə arşınla
Nə qədər bağırsam da, sən sayma denən əşi boş-boş danışır da
Axı gələcəydən danışırdıq, mən işdən gəlim sən də qarşıla

Hər kəs üz döndərdi, sən də denən, "Dərs var baş qarışıq bax"
Yazıram qurtarmır sözüm ,içim-içimi yeyir düşünüb daşınınca
Səndən yazanda başqa olur, sanki şeir üstə sarmaşıqlar
Məni hiss etməsən də, anlayacaqsan vaxt başında

O gün dostu yazdı dedi "Daha yazmırsan deyəsən qaraşından"
Mən heç vaxt əl çəkmədim axı, qara gözündən, nə qara qaşından
Səhər axşam face'dəyəm ,ancağ gic gic paylaşımlar
Elə bil mən ölmüşəm amma , ikimizin şəkli baş daşımda

Sənin o sirrli gözlərindəki sözlər aşkar olaydı
Hərdən düşünürəmki yenə hərşey təkrar olaydı

Birini yandır və çək içinə, olsun dərt ortağı kül qabımız və
Saatı soruşma, otur içək biz izləyəriy bir də gün batımın
Sayəndə mən itirdim ağlımı, tanrım bağışla günahımı və,
Unudular dedim, keçdi hər günüm pəncərədən yenə gün ağarır

Yorğun düşdüm mən bu yolda dost, hərkəsdən mən uzaqam hələlik
Hərdəfə görəndə xeyanətləri. edirəm mən bax insana lənəti
Bir gün belə mənim üzüm gülmür, hər zaman yəni qruzam əbədi
Danmıram, eləmişdim hətta mən bir qıza görə belə Yusufa qəhbəliy

Bəzi şeylər var ki, düzəlmir, onlar mənim bil əlimdə olmayan
Götürüb qəlbləri qırıram lakin, mən bu yolda bax sevilən oğruyam
Zərərim yoxdu ki özümdən başqa mənim heçkəsə yəni
Mən o Aliş'əm ki, əsl özlüyündə içində bir qram qürur olmayan

Bu qədər şey və yaşandı bitdi, üstünə geriyə də biz mi qalardı?
Bilərdim hərdəfə gedəcək lakin, yenə də o riski alardım
Mən hərşeydən bezdim artıq, mənə əl vurmayın çün, hirsim artır
Sən öl başqada heçnə istəmirəm mən, ağlımdan çıx siktir artıq!

Sənin o sirrli gözlərindəki sözlər aşkar olaydı
Hərdən düşünürəmki yenə hərşey təkrar olaydı

WRITERS

Ali Taşyürek

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other