LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Xəyalən

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Qələmim gözəl yazır mürəkkəbinə sən qarışdın
Sənin üçün açan gülün torpağınada mən qarışdım
Bu evin hər küncü mənimlə birgə tənhalaşdı
Məni tərk etmədin sən, sadəcə vidalaşdın

Qova bilmədim ətrini neçə ildirki yatağımdan
Sonunda qovdu məni də xatirələr otağımdan
Və o gün bu gündürki rəsimlərdən üzü gülürdü
Son üzüntüm sən idin daha heçnəyə üzülmürdüm

Soruşanlara nə deyim mən? nəqədər gözləyəcəm?
Mənə bir cavab de!
Bir iki damla göz yaşı tökdün mənəmmi cavabdeh?
Təbiyyət ağlayır gəl, gəl indi cavab ver

Gülümsədim bilirəm günah məndədi
Mən sənə bir parça ümid, sən mənə ömür verdin
Deyəsən eşq sən idin gedişindən bəlli idi
Mən axrı olmayan bu heykayənin əvvəli idim

O yaşlı gözlərini tərk edər zaman
Qadınım unudular ağlamaz amma
Düşünmədən şəhəri tərk edərdim inan
Sənin üçün...

Dərk edər zaman
Ayrılığ unudular ağlatmaz amma
Zamansız ayrılığa bəlkələrdi səbəb
Bizim üçün...

Zamansız ayrılığa bəlkələrdi səbəb bəlkə
Külək bizi dağıtmazdı zəif olmasa idi yelkən
Bəlkə də bir az ərkən vidalaşdıq
Mən sənə gedək deyə əlimi uzatdım, sən isə sağollaşdın

Yağışda sözümə baxmır, üstüm başım yaşdı
Çoxdandır bir əyyaşdır sevdiyin, dəli deyirlər
İncimirəm, məndən olsa danışmazdım sevgi haqqında
Hərkəs məndən eşitmək istəyir dəlidə olsam

Dəridə olsa canım inan ki, soyardım
Biri mənə bunu yuxu desin, sən də gəl oyandır
Oyanıb özümə baxıb səni görəndə güzgüdə
Üzünü bağla göz yaşını göstərməsin güzgülər

Bir nağıl de, içində sehir olsun
Bizdən ailə olsun, qızımız pəri doğulsun
Bilirəm xəyaldı bu, hər nə olur olsun
O balaca əllərində hər ikimizin qəlbi olsun

O yaşlı gözlərini tərk edər zaman
Qadınım unudular ağlamaz amma
Düşünmədən şəhəri tərk edərdim inan
Sənin üçün...

Dərk edər zaman
Ayrılığ unudular ağlatmaz amma
Zamansız ayrılığa bəlkələrdi səbəb
Bizim üçün...

WRITERS

Ali Alasgarov

PUBLISHERS

Lyrics © Universal Music Publishing Group, O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other