Gec gəldin yenə, baxışların qaçaq
Yol uzun idi — bu şəhər çox balaca
Telefon üzüaşağı, səsin bir az yad
Mən heç nə soruşmadım — hər şey onsuz aşkar
Paltonu çıxardın, yaxın gəldin mənə
Bir qoxu toxundu əvvəlcə gecəyə
Sən hələ danışmadan bildim hər şeyi
Bəzən bir damla ətir batırır gəmini
Yalan gec-tez özünü bildirir
Bir şey olmayıb, deyirsən yenə
Bir şey olmayıbsa, niyə baxmırsan mənə
Eyni ev, eyni gecə, sən tamam başqa
Mənim yanımdasan, fikrin başqa yerdə amma
Neçə dəfə inandım son dəfə sözünə
Neçə dəfə güzgüdə yalan dedim özümə
Bu gecə ilk dəfə ürəyim sakitdir
Çünki ən ağır həqiqət artıq məlumdur
Yalan gec-tez özünü bildirir
Məndən gözləyirdin göz yaşı, dava
Qırılan stəkanlar, qal deyən qadın
Amma mən dəyişdim — sən gecikdin buna
İndi qapı açıqdır, yolun da aydın