Çamadanın qapıda, səhər təyyarən var
Bu şəhərdə səndən mənə bir gecə qalar
Darıxma demə — onsuz da darıxacam
Yazaram demə — onsuz da yazmayacan
Gəl bir şərt kəsək, sevirəm deməyək
Keçmişi açmayaq, sabahı bölməyək
Bir də ki, son qayda — ən ağır qayda
Kim əvvəl qal desə, uduzur o anda
Bir addım sən, bir addım mən
Gülürsən, bu şəhər nə qədər dəyişib
Yox, səni burda saxlayan bir şey itib
Bu gecə qalmırsan, amma getmirsən
Üç dəfə qalxdın, üç dəfə oturdun
Üç dəfə dilimə gəldi — üç dəfə uddum
Amma qələbə də burda acıdır
Bu oyunda udmaq səhər tək qalmaqdır
Bir addım sən, bir addım mən