LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Fərqi Yox

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
Fərqi yox

Gözündə həm sübh, həm qürub
Səsin həm laylay, həm tufan
Şərab kimi paylayırsan
Həm məlhəm, həm də isti qan
Ayağında adlar yatır
Gülürsən hamısı susur
Boynunda parlayan daşlar
Hər daş kiminsə qorxusu

Kim olduğunu bilmirəm
Haradan gəldin bilmirəm
Bircə cavabım var sənə

Göydən endin fərqi yox
Dibdən çıxdın fərqi yox
Nur ya tüstü fərqi yox
Təki sən ol, təki sən
Sən gələndə dünya yüngül
Sən gələndə gecə gündüz
Cənnət, cəhənnəm fərqi yox
Təki sən ol, təki sən

Təki sən
Təki sən
Təki sən ol
Təki sən

Kəpənək oda can atır
Qanadları cızıldayır
Yanır amma son nəfəsdə
Yaxanı da alqışlayır
Sevən öpür sevdiyini
Ölən kimi öz qəbrini
Yavaş-yavaş sığallayır
Mən sənə beləcə uçdum

Kim olduğunu bilmirəm
Haradan gəldin bilmirəm
Bircə cavabım var sənə

Göydən endin fərqi yox
Dibdən çıxdın fərqi yox
Nur ya tüstü fərqi yox
Təki sən ol, təki sən
Sən gələndə dünya yüngül
Sən gələndə gecə gündüz
Cənnət, cəhənnəm fərqi yox
Təki sən ol, təki sən

Gözün, gülüşün, addımın
Mənə gizli qapı açır
Arxasında sonsuzluq var
Sevdim amma heç görmədim
Kim olursan ol, nə olar
Sən sadəcə aç qapını

Göydən endin fərqi yox
Dibdən çıxdın fərqi yox
Nur ya tüstü fərqi yox
Təki sən ol, təki sən
Sən gələndə dünya yüngül
Sən gələndə gecə gündüz
Cənnət, cəhənnəm fərqi yox
Təki sən ol, təki sən

Fərqi yox
Təki sən
Təki sən
Təki sən

WRITERS

Imran Agalarov

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Enjoyment

Sentiment
Thumbsup IconThumbsup Icon
Theme

None